Repetitor xidmətləri ilə bağlı yeni tələblər AÇIQLANIB
Azərbaycanda fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədris prosesinə üstünlük verilməlidir.Bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dair metodiki göstərişlərdə öz əksini tapıb.
Sənəddə daha sonra deyilir:
Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda
keçirilməlidir;
Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;
Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);
Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;
Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;
Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır. \\Report
Tarix: 16 iyun 2021
Baxış: 411
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş