Azərbaycanla Türkiyə arasında iki yeni peşə təhsili MÜƏSSİSƏSİ YARADILIR
Milli Məclisin Elm və təhsil komitəsinin sabah keçiriləcək iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında məsələ müzakirə ediləcək.
Protokola əsasən, Azərbaycan Respublikasında olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisələri yaradılacaq.
Protokola əsasən, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.
Protokolun komitə iclasında müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunması nəzərdə tutulur. \\Publika
Tarix: 26 may 2021
Baxış: 397
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş