2010-cu ilə qədər bu universitetə qəbul olanların diplomu tanınmır - RƏSMİ
Bakı İslam Universitetinin məzunlarının diplomlarının dövlət nümunəli təhsil sənədləri ilə əvəz edilməsi barədə müraciətlər mövcuddur.
Təhsil Nazirliyindən bildirilib ki, müraciətlərdə onlara məxsus diplom blanklarının yeni dövlət nümunəli təhsil sənədi ilə əvəz edilməsi barədə xahiş olunur. Nazirlikdə bu müraciətlər araşdırılıb və yeni diplom blanklarının verilməsindən imtina edilib: "Bununla bağlı məhkəməyə müraciət edilib, hazırda həmin mübahisələr müvafiq məhkəmələr tərəfindən araşdırılır. Bildiririk ki, Bakı İslam Universiteti 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərib və tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb. Məzunlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən təqdim edilməyib. O cümlədən attestasiya komissiyasının sədrləri də Təhsil Nazirliyi tərəfindən təyin edilməyib. BİU-nə qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ona görə də, 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir”. \\Sfera.az
Tarix: 01 mart 2021
Baxış: 438
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş