Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Təhsil Nazirliyi: "Din ayrıca fənn kimi tədris olunmayacaq"
Azərbaycanda dinin ayrıca fənn kimi tədris olunacağı barədə yaylmış məlumatları Təhsil Nazirliyi təkzib edib.
"Dörd və 8-ci siniflər üçün "Həyat bilgisi" adlı dərsliklər təkmilləşdirilmiş formada yenidən çap olunacaq və dərslikdə dini biliklərlə bağlı məlumatlar təkmilləşdirilmiş variantda olacaq", Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov BBC News Azərbaycancaya deyib.
Mövzular təkmilləşdirilsə də, dərs saatlarında artım olmayacaq, nazirlik sözçüsü deyir.
"Məktəbdə dini biliklərlə bağlı məlumatlar onsuz da verilirdi. Şübhəsiz ki, bu dərsliklərdə də dünyada mövcud olan müxtəlif dinlərlə bağlı məlumatların daha geniş formada verilməsi nəzərdə tutulur", cənab Valehov bildirib.
Yeni dərsliklər sentyabrdan şagirdlərə veriləcək.
Qurum təmsilçisi əlavə edib ki, növbəti tədris ilindən etibarən bakalavriat səviyyəsində "Multikulturalizmə giriş" fənni proqramına bu mövzuların daxil edilməsi nəzərdə tutulub.
"Burada dinlər və onların tarixi ilə bağlı məlumatların ali təhsil alan tələbələrə də verilməsi nəzərdə tutulur", nazirlik sözçüsü deyib. \\BBC
 
Tarix: 30 aprel 2019
Baxış: 578

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş