Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Həqiqət Məmişova : “Bizi bu xoşbəxtliyə qovuşduran xalqımızın mətin iradəsi, Ordumuzun yenilməz rəşadəti, Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti oldu”
5 dekabr 2020 ci il tarixində Kəlbəcər rayon 84 nömrəli məktəbdə direktor Həqiqət müəllimənin təşkilatçılığı ilə vətənpərvərlik mövzusuna həsr olunan onlayn virtual tədbir keçrildi.
Öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 10 noyabr tarixində xalqımıza ünvanlanan tarixi müraciəti bir daha dinlənildi.
Kəlbəcər rayon 84 nömrəli məktəbin kollektivi də bütün Azərbaycan xalqı ilə birlikdə Qələbənin əsl sevincini yaşadıqları bildirildi və bir daha Ordumuza minnətdarlıq şüarları səsləndirildi.
Onlar bu sevinci və qürur hisslərini onlara yaşatdığına görə dövlətimizin başçısına minnətdarlıq etdilər.
Kəlbəcər rayon 84 nömrəli məktəbin məktəbin direktoru Həqiqət müəllimə bu şanlı tarixi söz ilə belə ifadə etdi: “Bizi bu xoşbəxtliyə qovuşduran xalqımızın mətin iradəsi, Ordumuzun yenilməz rəşadəti, Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti oldu”.
O çıxış edərkən belə dedi: “Mən öncə bu böyük, tarixi Qələbə günü münasibəti ilə xalqımızı təbrik edirəm. Bu tarixi zəfər Azərbaycan ordusunun, Ali baş Komandan lham Əliyev cənablarınln, ümumilikdə bütün Azərbaycan xalqının qələbəsidir. Qələbə Vətənin müdafiəsi naminə canlarını əsirgəmədən döyüşərək, həqiqi vətənpərvərlik nümunəsi göstərən əsgər və zabitlərimizin rəşadətinin və ölkəmizin son illərdə siyasi, iqtisadi, diplomatik, ordu quruculuğu və digər sahələrdə əldə etdiyi uğurların nəticəsidir”.
Özü şəhid bacısı olan məkəb direktoru Həqiqət xanım , şəhid analarının önündə baş əydiyini və yaralanmış qazilərimizə şəfalar dilədiyini qeyd etdi.
Həqiqət müəllimə Şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində şagirdlərlə virtual tədbirlər həyata keçirmələri barədə məktəbin müəllim kollektivinə tapşırıqlar verdi.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın qalib Ordumuz!
Qarabağ Azərbaycandır!
 

 
Tarix: 06 dekabr 2020
Baxış: 9497

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş