"MƏNİM FƏRQİM SƏNİN FƏRQİN" MƏKTƏBLİLƏR ARASINDA ZORAKILIĞA VƏ AYRISEÇKİLİYƏ YOX DEYƏK" LAYİHƏSİ
Beyləqan rayonu Yuxarı Aran kənd məktəbinin "Mənim fərqim sənin fərqin" məktəblilər arasında zorakılığa və ayrıseçkiliyə yox deyək" adlı layihəsi üzrə sosial çarxın çəkilməsi mərhələsi artıq yekunlaşmışdır.
Sosial çarxın çəkilişində cəmiyyət müxtəli üzvləri arasında məişət zorakılığının qurbanları ilə birbaşa təmasda olan və belə şəxsləri reabilitasiya proqramlarına cəlb edərək fəaliyyət göstərən ixtisaslaşmış mütəxəssislər iştirak etmişlər. Belə ki, çəkilişlərdə Azərbaycan Uşaqları İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, Duyğu İctimai Birliyinin rəhbəri Elmir Valehli və hüquqşünas-ekspert Fariz Əkbərov iştirak etmişlər. Sosial çarxın əsas mesajı problemi birbaşa mütəxəssislərdən dinləyərək effektiv məlumatlandırmanın aparılmasıdır. "Mənim fərqim sənin fərqin" məktəblilər arasında ayrıseçkiliyə yox deyək" adlı layihə 4-cü qrant müsabiqəsi çərçivəsində qalib olmuşdur.
Layihə çərçivəsində növbəti olaraq online təlimlər keçiriləcəkdir. Təlimlərə valideyn, psixoloq və şagird qrupları formalaşdırılaraq təlimlərə cəlb edilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, layihə üzrə keçirilən təlimlərə rayon ərazisində yerləşən qonşu məktəblərdə çalışan psixoloqlar da cəlb olunacaqlar.
Layihənin məqsədi isə Beyləqan rayonu ərazisində orta ümumtəhsil məktəblərin müəllim, şagird və valideyn qrupları arasında fiziki, psixoloji, mənəvi zorakılığın və diskriminasiyaya qarşı online təlimlər və sosial çarxların çəkilməsi vasitəsilə məlumatlandırma tədbirləninin keçirilməsidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi tərəfindən dəstəklənən layihə bu ilin sentyabr ayında başlamış və dekabr ayında yekunlaşması təsdiqlənmişdir.
“Mənim fərqim sənin fərqin” məktəblilər arasında ayrıseçkiliyə yox deyək" layihəsinin işçi qrupu
Tarix: 28 noyabr 2020
Baxış: 8689
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş