Xəbər lenti
Reklam
Daha bir müəllimin səs yazısı yayıldı: "Kim mənə necə hörmət edibsə, uşaqlarına da..." - VİDEO

Son dövrlərdə müəllimlərin şagirdlərdən pul tələb etdiyi ilə bağlı səsyazıları yayılmaqdadır.
Gender.Az lent.az-a istinadən xəbər verir ki, daha bir səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.
Paylaşımda qeyd edilən məlumata görə, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir.
Səs yazısından belə məlum olur ki, bu günlərdə qeyd edilən müəllimlər günündə onu təbrik etməyən şagirdlərə və valideynlərə üsyan edir: "Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz"
"Təcili bu şəxs haqqında tədbir görülməlidir. Ümumiyyətlə, təhsildən belə naqislər uzaqlaşdırılmalıdır." - deyə təhsil eksperti paylaşımında qeyd edib.
Səs yazısını təqdim edirik:


Tarix: 11 oktyabr 2022
Baxış: 1 712

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş