Azərbaycanda görünməmiş hadisə - Bank hər müştərisinə 900 manat yüklədi
Azərbaycanda qeyri-adi hadisə qeydə alınıb. Belə ki, "Unibank" müştəriləri səhəri balanslarına 900 manat yüklənməsinə dair aldıqları mesajla açıblar. Müştərilər nə baş verdiyini anlayana qədər məbləğ kart hesablarından geri çəkilib.
Gender.Az xəbər verir ki, məsələ ilə bağlı "Unibank"dan faktı təsdiqləyiblər.
Bildirilib ki, bu, sırf texniki problemlə bağlı məsələdir:
"Bəzi müştərilərin balanslarına texniki problemlə bağlı səhvən pul yüklənib. Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib". \\Modern.az
Tarix: 04 oktyabr 2022
Baxış: 423
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş