Bəzən filmdə maksimal reallığı əldə etmək üçün çəkiliş qrupu, o cümlədən aktyor heyəti ən radikal metodlara əl atır. Məsələn, kino tarixinin azsaylı filmlərində yataq səhnələrində aktyorlar gerçəkdən cinsi əlaqədə olmağa razılıq veriblər.
Həmin filmləri təqdim edirik:
1. “Ceyms Coys: Qadınlar” (1985) İrlandiya
Məşhur irlandiyalı yazıçı Ceyms Coysun həyatından bəhs edən bioqrafik filmdə onun 6 qadın personajı ilə münasibətlərindən bəhs olunur. Həmin personajların hamısını aktrisa Fionulla Flenaqan canlandırıb. “Ceyms Coys: Qadınlar” filminin sonuncu səhnələrindən birində Flenaqanın personajı öz yataq otağında “Uliss” romanının sətirlərini ifa edə-edə masturbasiya edir. Həmin səhnə reallıqda baş vermişdi.
2. “Hisslər imperiyası” (1976), Yaponiya
Yaponiya kinematoqrafiyasının bu əsərində mehmanxana sahibi və onun qulluqçusu arasında sevgi münasibətlərindən bəhs olunur. “Hisslər imperiyası”dakı bütün seks səhnələri real olaraq baş verib. Buna görə filmin rejissoru 4 il məhkəmələrdə olub. ABŞ və Avropa isə əsərin ölkə kinoteatrlarında yayımın qadağan edib. Bu günə qədər filmdən həmin qadağa götürülməyib.
3. “Pola İks” (1999) Fransa
Bu fransız filmində isə rusiyalı aktrisa Yekaterina Qolubayevanın yaratdığı İzabel obrazı Qiyom Depardyenin (Jerar Depardyenin oğlu) yaratdığı yazıçı Pyer obrazı ilə sevgili olur. Personajlar arasında inandırıcılıq yaratmaq üçün aktyorlar gerçəkdən sekslə məşğul olmuşdu.
4. “Palıdı dovşan” (2003) ABŞ
2003-cü ildə amerikalı aktyor, rejissor və operator Vinsent Qallo öz müəllif filminin çəkilişlərinə başlayır. Öz ssenarisi əsasında yazdığı filmdə baş rolu ifa edən Qallo motosikllə dayanmadan yol gedən personajı canlandırır. “Palidi dovşan” filminə qalmaqallı status yaradan səhnə isə Qallo ilə Xloya Sevinyinin yaratdığı Deyzi obrazı arasında yer alan oral seks səhnəsi idi. Çəkilişlər zamanı real həyatda da sevgi münasibətlərində olan cütlük həmin səhnədə real sesklə məşğul olur.
5. “9 mahnı” (2004) Böyük Britaniya
Britaniyalı rejissor Maykl Uinterbottom 2004-cü ildə çəkdiyi filmə ilk kino debütlərini edən aktrisa Marqo Stilli və Kiran O-Brayanı çəkmişdi. Antarktikanın tədqiqatçısı ilə universitet tələbəsinin intima həyatını göstərən “9 mahnı”da təcrübəsiz aktyorlar real sekslə məşğul olur.
6. “Məhəbbət” (2015), Fransa
Dünya kinosunun ən qalmaqalı rejissorlarından olan Qaspar Noe yeni filmində pozğun həyat tərzi sürən kino adamından bəhs edir. Film boyu sərgilənən çoxsaylı seks səhnələri imitasiya deyil, reallıqda çəkilib. Gürcüstanda filmin kinoteatrlardan birində göstərilməsi cinayət işinin açılmasına səbəb olmuşdu.
7. “Mənimlə ol” (2000) Fransa
Bu filmin rejissorlarından biri keçmiş pornoaktrisa Karoli Txi Tsin olduğu üçün film açıq-aşkar seks səhnələri ilə zəngindir. Zorlama ilə başlayan film işgəncə və ağır intim epizodları ilə qalmaqal yaratmışdı. Fransada filmin kinoteatrlarda nümayişinə 28 il qadağa qoyulmuşdu. \\Modern.az