Xəbər lenti
Reklam
Gələn ay Bakıda Beynəlxalq Kitab sərgisi keçiriləcək

Oktyabrın 5-dən 9-a qədər paytaxtda 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi - “Baku International Book Fair 2022” keçiriləcək.
Bu barədə mədəniyyət naziri Anar Kərimov bildirib.
16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatın təmsil olunacağı sərgi Şuşa ilinə həsr olunacaq.
Sərginin məqsədi kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır. \\Cebhe.info

Tarix: 24 sentyabr 2022
Baxış: 1 740

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş