Redaktor seçimi
    "Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
Xəbər lenti
Reklam
Bu da İlon Maskın cinsiyyətini dəyişdirən oğlu - FOTO

"Tesla” və "SpaceX”in qurucusu İlon Maskın bu yay özünü transgender elan edən və cinsiyyətini dəyişən oğlu Kaliforniyada paparatsiyaların obyektivinə tuş gəlib.
Vivian Cenna Uilson (indi İlon Maskın oğlu belə adlanır) Santa-Monikada rəfiqəsi ilə alış-veriş edərkən görüntülənib.
Xatırladaq ki, amerikalı milyarderin 18 yaşlı oğlu Xavyer bu il özünü transgender elan edib və cinsiyyətini dəyişərək qadın olub. O, həmçinin məşhur atasının soyadından çıxaraq anası Castinin soyadını götürüb.
"Mən artıq bioloji atamla heç bir əlaqəmin olmasını istəmirəm”, - deyə Vivian məhkəmədə bildirib.
Qeyd edək ki, İlon Mask ilk həyat yoldaşı Castin Uilsonla universitetdə tanış olub. Cütlük 2000-ci ildə evlənib, 2008-ci ildə isə boşanıb. Cütlüyün beş övladı var.
 
 
///Oxu.az

Tarix: 24 sentyabr 2022
Baxış: 424

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş