Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Zaur Əliyev: "Tələbələrin biliklərinin qiymətləndirilməsi meyarları dəyişməlidir"

"Artıq tədris prosesində daha müasir metodlar tətbiq olunmalı, tələbələrin biliklərinin qiymətləndirilməsi meyarları dəyişməlidir".
Gender.az bildirir ki, bunu e-huquq.az-a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev deyib.
O bildirib ki, ənənəvi metodlar artıq yavaş-yavaş sıradan çıxır.
"Əvvəllər müəllim 90 dəqiqə ərzində müharizə deyirdi, tələbələr də yalnız dinləyirdi. İndi bunu bir qədər dəyişmək lazımdır. Tələbələrə konkret işlər vermək lazımdır. Onlar üçün məhkəmə simulyasiyaları təşkil etmək lazımdır. Hesab edirəm ki, bilikləri bu cür formalaşdırmaq lazımdır. Nəzəriyyə ilə təcrübənin vəhdəti olmalıdır. Nəzəriyyə, əlbəttə ki, çox vacibdir, tələbələr nəzəri biliklərlə silahlanmalıdır. Bundan sonra praktikaya keçmək lazımdır. Məsələn, müəyyən fənlər üzrə tələbəyə müqaviləni təqdim etmək və orada olan çatışmazlıqları soruşmaq lazımdır. Məsələn, “Müqavilədə nələr öz əksini tapmalıdır”, “Müqavilədə hansı müddəlar olmalıdır” kimi standart suallar verməkdənsə, müqaviləni tələbəyə verib, onunla tanış olmasını və oradakı nöqsanları, çatışmazlıqları qeyd etməsini tapşırmaq lazımdır. Yəni əzbərçilik metodundan imtina etmək lazımdır. Biz əzbərçilikdən uzaqlaşmalıyıq. Əlbəttə, tələbə bütün qanunları, məcəllələri əzbərləyə bilməz. Amma hüquqşünas bilməlidir ki, konkret halda hansı normativ-hüquqi akta müraciət etməlidir. Biz bu məsələlərə diqqət yetirməliyik. Hüquqi düşüncənin, hüquqi təfəkkürün düzgün formalaşması çox önəmli məsələdir. Hüquq fakültəsinin missiyalarından biri də bundan ibarət olmalıdır", - deyə Z.Əliyev qeyd edib.

Tarix: 20 sentyabr 2022
Baxış: 1 286

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş