Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
102-yə ən çox nə üçün zəng edirlər?

102-yə gələn heç bir müraciətə “əsassızdır, səhvdir”, deyə etinasız yanaşılmır.

Gender.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, 102 Zəng Mərkəzinə müxtəlif məzmunlu müraciətlər daxil olur. Daxil olan bütün müracətlərə çevik reaksiya verilməklə müvafiq Baş İdarə, idarə, şöbə bölmələrə yönəldilir. Heç bir müraciətə “əsassızdır, səhvdir”, deyə etinasız yanaşılmır, müraciət müəllifinə belə hallarda da izahedici məlumat-cavablar verilir.

Yalan məlumat vermə halı çoxluq təşkil etmir, çünki yalan məlumat vermə hüqiqi məsuliyyət yaradır.
Cəmiyyətə məlumdur ki, verilən hər bir məlumat mütləq yoxlanılır. 102 Zəng Mərkəzinin fəaliyyəti elə təşkil olunub ki, bütün daxil olan zənglər, müraciətlərin rəqəmsal qeydiyyat-uçotu aparılır.

Daxil olan müracətlər sırasında onlayn dələduzluq, sosial şəbəkələrlə bağlı vətəndaşların qarşılaşdıqları neqativ hallar, məişət səs-küyü çoxluq təşkil edir.
Tarix: 06 sentyabr 2022
Baxış: 399

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş