Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Alovlu motor: ürək haqqında 10 maraqlı fakt

Sentyabrın 29-da Ümumdünya ürək günü qeyd olundu. Bu tarixin yaranmasının təşəbbüskarları 1999-cu ildə Ümumdünya ürək federasiyası, Ümumdünya səhiyyə təşkilatı və YUNESKO olmuşlar.
Nisbətən cavan olan bu bayramın planetar əhəmiyyəti anlaşılandır: elə orqanlar var ki, insan onlarsız yaşaya bilər, ürəksiz isə əsla. Bununla belə, məhz ürək-damar xəstəlikləri bütün ölkələrdə yaşından asılı olaraq insanlar arasında ölüm səbəbinin əsas səbəblərindən biridir.
İnanılmaz həcmlər
Ömrü boyunca ürək orta hesabla altı milyon litrə yaxın qanı damarlara qovur. Bu təxminən tam təzyiqlə axan mətbəx su kranının 45 il ərzində axıtdığı suyun həcmi qədərdir. Bu qədər su bir neçə yüz yük qatarı sisternini doldura bilər.
Həyat ritmi
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, insan embrionunun ürəyi mayalanmadan sonrakı üçüncü-dördüncü həftə döyünməyə, vurmağa başlayır. Beşinci-altıncı sutkada ürək vurğusunu USM eşitmək mümkündür. Bu ürək böyük adamın ürəyindən tez yığılır - dəqiqədə 105-120 vurğu. İnsanın ömrü boyunca ürək vurğuları arasındakı bütün pauzalar toplansa, məlum olar ki, ürək az qala 20 il vurmur! Bundan başqa, ürək ayrı-ayrı fizioloji proseslər zamanı qısa müddət dayanır, misal üçün asqıranda.
Hətta qəfəsdən kənarda
Ürək, hətta bədəndən kənar vura bilir. Bəli, bu bədənimizdəki yeganə əzələ orqanıdır ki, yığılmaları baş- beyini ilə idarə olunmur. Son dərəcə mürəkkəb kardioloji əməliyyatların aparılması məhz buna görə mümkün oldu. Məsələ ürək vurğularına təkan verən elektrik impulslardadır. Enerji və oksigen yetirsə, ürək döyünəcək.
Ürəyi "kökləmək" olur
Sağlam qadın ürəyi kişi ürəyindən bir qədər tez vurur: kişilərdə - dəqiqədə 70 vurğu, qadınlarda - 78 vurğu. Lakin birlikdə yaşayan cütlüklərdə ürək ritmi və tənəffüs oxşar olur, çünki əlaqə fizioloji səviyyədə yaranır. Hətta birlikdə həvəslə bir işlə məşğul olanların ürəkləri də bir-birinə "köklənir". Tutaq ki, xor oxuyanda onun iştirakçılarının ürəkdöyünməsi sinxronlaşır.
Hər şeyi dəyişən əməliyyat
Hələ yüz il yarım əvvəl cərrahlar ürəyi köçürməyi arzulayırdı. Lakin ilk dəfə bu fenomenal əməliyyatı edən Barnard oldu, bu möhtəşəm hadisə isə CAR-da, Keyptaun şəhərində, 3 dekabr 1967-ci ildə baş tutdu. Pasient iş adamı Luis Vaşkanski, onun ölümdən sonrakı donoru isə yol qəzasında həlak olmuş 19 yaşlı qadın idi. Təəssüf ki, əməliyyatdan 18 gün sonra Luis vəfat etdi, amma ölümünün səbəbi ürək patologiyası deyil, ikitərəfli pnevmoniya oldu. Bu gün transplantasiyalar­dan sonra 10, 20il və daha çox yaşayanlar var. "Yad" ürək­lə yaşanan ömrün dünya rekordu 32 ildir və demə­liyik ki, sonuncu halda pasient heç də əməliyyatla bağlı problemlərdən dünyasını dəyişmədi.
Şəxsiyyətin köçürülməsi?
Bu faktın bu günə qədər anlaşılan izahı yoxdur, amma ürək transplantasiyasını keçirmiş adamların zövqü, vərdişləri və meylləri köklü dərəcədə dəyişir. Belə ki, jurnalların birində Debbi adlı amerikalı qadının əhvalatı çap olunmuşdur. Əməliyyatdan əvvəl dilinə içki dəyməyən, fast-fud restoranlarından uzaq qaçan və yalnız klassikanı dinləyən qadının qismətinə 18-yaşlı qara dərili, pivə və qızardılmış toyuq ətini sevən, yalnız rep dinləyən cavanın ürəyinə sahib çıxmaq düşdü. Əməliyyatdan sonra Debbi anlayır ki, bir banka pivə içmək istəyir, xəstəxanadan çıxandan sonra isə fast-fud yeməyə gedir.
Uğursuz zaman
Ürək tutmalarının əksəriyyəti səhərlər, saat 8 ilə 9 arası baş verir. Həftə günləri arasında infarktların sayına görə, qəmli "lider" əbəs yerə ağır gün adlandırılmayan bazar ertəsidir. İlin ən problemli dövrü isə iyul-avqust və yeni il bayramlarıdır.
Fizika qanunlarına zidd
Maye yüksək təzyiqdən aşağıya doğru axır, amma məhz insan orqanizmində bu qanun daim pozulur. Hərəkətsiz vəziyyətdə qan ürəkdən ağciyərlərə qədər və geriyə yolu cəmi 6 saniyəyə qət edir, 8 saniyəyə beyinlə qan arasında mübadilə baş verir, 16 saniyəyə qan barmaqların ucuna çatır və geriyə qayıdır.
Özündə sınanıb
Alman cərrahı Verner Forssman əlinin venasına yeridilmiş kateter vasitəsi ilə öz ürəyinin daxilini tədqiq edib. Bu prosedura 1929-cu ildə aparılmış və o zamanlar üçün bir irəliləyiş idi! Bu gün invaziv də olsa, rutin diaqnostik proseduraya çevrilmiş ürək zondlaması beləcə yaranmışdır. İndi bu cür müayinələr hər yerdə aparılır. Bu zaman pasient ayıqdır və heç bir ağrı hiss etmir. Çox vaxt elə həmin gün evə yazılır.
Qeyri-bərabər sirkulyasiya
İnsan bədəninin qan təchizatı olmayan yeganə hissəsi gözlərin buynuz qişasıdır. Ürəyin qovduğu qanın ümumi həcminin 15-20% beyinə, 22% qədəri isə böyrəklərə çatır. Yeri gəlmişkən, çəkisi 250 - 330 qram olan ürəyin öz payına isə cəmi 5% qan çatır. \\Milli.Az

Tarix: 03 sentyabr 2022
Baxış: 443

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş