Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Dünyanın ən maraqlı nazirlikləri - Qəhvə, Tənhalıq, Xoşbəxtlik, Tualet Nazirliyi

Dünyanın hər yerində hökumətlər kabinetdən problemlərin həlli yollarını tapmaq və öz siyasətlərini formalaşdırmaq üçün istifadə edirlər. Digərləri isə həll yolunu yeni nazirliklərin yaradılmasında tapırlar. Bunu Xoşbəxtlik Nazirliyi, Tənhalıq Nazirliyi və ya Qəhvə Nazirliyi adlandırmaq olar…
Gender.az xarici KİV-ə istinadən dünyanın hər yerindən təəccüblü nümunələr təqdim edir.
Ölkələri idarə edən hökumətlər öz yol xəritələri və prioritetləri çərçivəsində siyasətlər hazırlamaq və dəyişiklik prosesini sürətləndirmək üçün nazirliklərdən istifadə edirlər. Bəzən radikal siyasət dəyişiklikləri və ya fövqəladə inkişaflar mövcud nazirlikləri qeyri-adekvat vəziyyətə sala bilər ki, bu da yeni nazirlikləri zəruri edir.
Qəhvə Nazirliyi (Papua Yeni Qvineya): Baş nazir Ceyms Marape Papua Yeni Qvineyada yenidən seçkilər keçirir və 33 nəfərlik kabinetini elan edir. Co Kuli Qəhvə Naziri vəzifəsinə təyin edilərkən, “Nazir Kulinin diqqəti qəhvə, qəhvə və qəhvə üzərində olacaq” sözlərini işlətmişdi. Papua Yeni Qvineya üçün çox vacib olan qəhvə ölkənin kənd təsərrüfatının 85 faizini təşkil edir.
Təklik Nazirliyi (Birləşmiş Krallıq): Traci Krouç Böyük Britaniyada Baş nazir Tereza Meyin dövründə “Tənhalıq Naziri” təyin edildi. 2017-ci ildə dərc edilən araşdırmaya görə, ölkədə 9 milyondan çox insan özünü “tənha hiss edir” və buna çarə olaraq Mey 2018-ci ildə “Tənhalıq müasir həyatın kədərli faktıdır” ifadələrindən istifadə edərək belə bir addım atmağa qərar verdi.
Yoqa Nazirliyi (Hindistan): Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hökumət Hindistanın yoqa və ənənəvi tibb təcrübələrini təbliğ etmək üçün 2014-cü ildə AYUSH (Ayurveda, Yoqa, Unani, Siddha və Homeopatiya) adlı nazirliyi qurdu.
Xoşbəxtlik Nazirliyi (BƏƏ): Birləşmiş Ərəb Əmirlikləri öz vətəndaşlarının xoşbəxtliyini şansa buraxmaq istəmir. Romandan və ya uşaq kitabından çıxmış kimi görünən və 2016-cı ilin fevralında qurulan bu nazirliyin ilk naziri Uhud Ər-Rumi, işinin qeyri-ciidi qəbul edilməsinin qəbuledilməz olduğunu bildirərək məqsədinin ölkəni dünyanın ən xoşbəxt 5 ölkəsi sırasına daxil etmək olduğunu vurğuladı. Bənzər sosial funksiyalara malik “xoşbəxtlik nazirliyi” Venesuela və Butanda da mövcuddur.
Tualet Nazirliyi (Yaponiya): Yaponiyada Qadınların Gücləndirilməsi üzrə Nazir Haruko Arimura 2014-cü ildə verdiyi açıqlamada özünə daha bir qeyri-rəsmi titulu əlavə etdi: Tualet Naziri. “Qadınlar ictimai parklardakı çirkli tualetlərə girməyə cəsarət etmirlər” deyə Arimura bildirmişdi. Onun sözlərinə görə, burada işləyən qadınların inkişafını təmin etmək üçün tədbirlər görülməlidir.
Kişi Dominantlığının Ləğv Edilməsi Nazirliyi (Boliviya): Boliviya Prezidenti Luis Arce 2020-ci ilin noyabr ayında kabinetini təyin edərkən yeni bir çığır açdı və Mədəniyyətlər, Dekolonizasiya və Kişi Dominantlığının Aradan qaldırılması Nazirliyi adlı bir nazirlik qurdu. Bu vəzifəyə təyin edilən ilk şəxs yerli Keçua xalqlarından biri olan Sabina Orellana öz missiyasını “dekolonizasiya olunmuş, patriarxiyadan azad, öz kökləri və yerli mədəniyyətin zənginliyi ilə fəxr edən bir ölkə qurmaq” olduğunu söylədi. \\Unikal.org

Tarix: 25 avqust 2022
Baxış: 461

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş