Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Prezident yeni fərman imzaladı: 10 uşağı olana 16 min dollar veriləcək

Ukrayna ilə müharibəyə görə Qərb ölkələrinin sanksiyalarına məruz qalan Rusiyada “Qəhrəman ana” layihəsi həyata keçirilir.
Layihəyə görə, 10 uşağı olanlara 16 min dollar ödəniləcək.
Rusiya 1990-cı illərdə tərk etdiyi sovet ənənələrinə bir-bir qayıtmağa davam edir.
Rusiya Prezidenti Vladimir Putin ən azı 10 uşaq dünyaya gətirmiş qadınlara verilən “Qəhrəman ana” statusunun bərpası haqqında fərman imzalayıb. 
“Qəhrəman ana” və ya rusca “Mat-Geroinya” medalı İkinci Dünya müharibəsi illərində verilməyə başlansa da, İttifaqın dağılmasından sonra bütün keçmiş respublikalarda, xüsusən də Rusiyada ləğv edilib. 1944-1991-ci illər arasında 400.000-dən çox qadının “Qəhrəman ana” medalı aldığı təxmin edilir.
Yeni tənzimləmədə bu ada layiq görüləcək qadınlardan hamısı Rusiya vətəndaşı olan 10 uşaq dünyaya gətirib, böyütmək və uşaqların yaşaması tələb olunur. Bu ada layiq görülən qadınlar birdəfəlik 1 milyon rubl (16 000 ABŞ dolları) mükafat alacaqlar.

Nigar

Cebhe.info

Tarix: 17 avqust 2022
Baxış: 575

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş