"Çalışın başınızı öz işlərinizlə qatın. Hər yerin yaxşısı da, pisi də var. Heç kimə məsləhət vermək istəmirəm. Amma son günlər baş verənlər barədə qısa da olsa yazmaq istəyirəm. İnsanlar Allahdan uzaqlaşdıqca onları bəlalar tapır. Məsafə nə qədər uzaqlaşırsa, bəlalar da bir o qədər rüsvayedici olur. Din o demək deyil başını aşurada qılıncla vurub yarasan, yaxud 5 yaşlı qız uşağının başını camaatın gözü önündə kəsəsən ki, qurban demişəm. Videonu dünən gördüm, baxmağı məsləhət görmürəm".
Bu sözləri aktyor Elcan Rəsulov yazıb. Aktyor bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli videolara münasibət bildirib:
"Dini dərindən qavrasanız görəcəksiniz ki, sizdən çox şey istəmir. Sadəcə istəyir ki, ruhən və cismən təmiz olasınız. Allaha daha yaxın olasınız. O zaman hər şey bizim üçün gözəl olacaq. Sözümün mustafası da odur ki, o görüntünü çəkməyi düşünmək bir ayıb, çəkmək iki ayıb, çəkib saxlamaq üç ayıb, o görüntünün tərkib hissəsi olan xanımlara lap çox ayıb. Yenidən onu yaymaq bir ayıb, onu paylaşmaq iki ayıb, hələ durub ona fikir bildirmək də üç ayıb. Allah hamısının köməyi olsun. Başqa bədbəxtçilik və dərd verməsin. Nə qədər gec deyil haqq yoluna qayıdın. Allah sizin də günahlarınızı bağışlayar. Allah bağışlasa bəndə kimdir ki...". \\Azinform.az