Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İldən ilə korlanan zövqlər və süni həyat tərzi – İnsanlığın öz əli gətirdiyi qiyamət

Mavi ekranımız var idi. Bəli o balaca sehrli qutu. Hansı ki, ailəliklə ətrafına yığışıb, böyüklər konserti , balacalar isə cizgi filmlərini səbrsizliklə gözləyərdilər. İndi o saf qutunu əlimizdəki bir parça dünyanı sığışdıra bildiyimiz telefon əvəz edir. İçində TikTok, Facebook, Instagram, YouTube və.s proqramlar var. Bunların o saf mavi ekranla fərqi böyükdür. Mavi ekranı biz izləyirdik, amma indi bu proqramlar bizi izləyir. Peşmansan nəyisə axtarış verəsən,həmən hər yerdə qarşına axtarış verdiyin məhsul çıxır.


Saf qidalar ilə qidalanıb saf niyyətdə olurduq,nə oğurluq edərdik,nə yalan danışardıq, nə mərdimazar olardıq. İndi o qidaların yerini süni qidalar tutduğuna görə, yalan baş alıb gedir, yaşlı özünü gənc kimi aparıb özünü buraxır, ailələr dağılır, cinslər dəyişilir, mutasiya nəticəsində uşaqlar xəstə doğulur,xəstəlik baş alıb gedir,hər yerdə süni qidalarla dolu marketlər və hər marketin yanında bir əczaxana fəaliyyət göstərir. Mədəniyyət və dəyərlərdə əldən gedir. Saf olan genimiz dəyişib mutasiya edir bu süni qidalar sayəsində. Ona görə də xəstəlikləri və xəstə sayını itirmişik artıq…. Minlərlə? Bəlkə milyonlarla…?


İqlimdə dəyişib. Bəli insan əli ilə . Ətraf mühitə atılan zibillərin çəkisi bəlkə də min tonlarladır. Bu tullantılar dənizə ,torpağa ,suya ,ətraf mühitə nə qədər zərərli olduğunu anlasa insan, o zaman boş başını divara çırpıb olmayan ağlı ilə dua edər ki, ” Şükr yaradana biz hələdə yaşayırıq “. Əvvəllər göylərə minlərlə peyk yollamazdılar,indi Elon Musk minlərlə peyki göyə qaldırır. Təbii ki,Elon Musk üzdə olan əsl kukladır eynən Bill Gates kimi.Bu peyklər nəticəsində iqlimdə dəyişib təbiətin qanunlarını pozur və süni iqlim dəyişikliyi yaranır.Amma təbiətin şıltaq zarafatı qiyamət ilə nəticələnəcək. Məhz bu cür xeyir verməz insanların üzündən. Qiyamət o olacaq ki, balıqlar ağır metallar ilə zəhərlənəcək və zəhərləyəcək.Havada nəfəs almaq çətinləşəcək necə ki, Bakı da nəfəs almaq olmur. Havaya atılan çirki toz (bina tikintisi), çirkli tüstü ( İİM) öz başımıza qara , palçıqlı yağış olaraq yağır. İnsanın öz başına yağdırdığı külü,fələk belə onun başına yağdıra bilməz.


Musiqi növləri müxtəlifdir,məsələn muğama qulaq asanda yemək yeməyi saxlamaq lazımdır və muğam dinlənməlidir. Musiqi var ki, dinləyəyərək həzin sədaları altında qida da normal həzm olunur və həmsöhbət də olmaq olur. Bəli burda keyfiyyətli musiqidən söhbət gedir. Keyfiyyətli musiqini, ümumiyyətlə klassikləri dinləyəndə yoxdur,əgər varsa o adamlar barmaqla göstəriləcək qədərdir. Bəli ,musiqi zövqümüzdə süniləşib. İndiki əsrdə kimdi Üzeyir Hacıbəyovun operettalarına qulaq asan,kimdi Niyazinin əsərlərini dinləyən,kimdi Şövkət Ələkbərovaya və başqa dahiləri dinləyən? İndi hərəsinin yerini bayağı xalq artistləri,bayağı səhnə meymunları tutub. Zəmanəyə uyğunlaşan bəzi insanlar da onları dinləyir və onlar üçün məclislər təşkil edib pullar xərcləyirlər. Çünki insanlar süni qidaları və içkiləri istehlak edərək, zövqlərinidə eyniləşdirirlər. Budur süni musiqiyə verilən əla dəyər. Budur keyfiyyətli musiqiləri tarixin zibilliyində çürütmək.


Və sonda bu nəticəyə gəlirəm ki, bizim genofondumuzu süni olan hər şey təsiri altına alıb və başda da qidalar. Yoxsa bu qədər mənfi olan hər şey bəh bəh ilə qarşılanmazdı insanlar tərəfindən…..!!!

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov

Mənbə: Qidaelmi.az

Tarix: 30 iyul 2022
Baxış: 533

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş