Xəbər lenti
Reklam
Kamran Əsədov izləyicini təhqir etdi - Foto

Bir neçə gün öncə təhsil eksperti Kamran Əsədovun mətbuata verdiyi açıqlama cəmiyyətdə birmənalı qarşılanmayıb.
Təhsil ekspertinin “boşanmış, övladı vəfat etmiş şəxslər bağçaya işə götürülməməlidir” və “bağça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır” sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 
Kamran Əsədov bu açıqlamasını paylaşan və ona şərh yazanlara qarşı sərt münasibət göstərib. Belə ki, o, açıqlamasına şərh yazan xanımlardan birini söyüb. Təhsil eksperti rəsmi şəkildə təsdiqlənmiş hesabından həmin xanımı təhqir edib. Onun şərhi daha böyük səs-küy yaradıb, izləyiciləri ekspertin bu addımının qəbuledilməz olduğunu qeyd ediblər. Söyüşün əks olunduğu “skrin” sürətlə sosial şəbəkələrdə paylaşılıb. 
Bundan əlavə, izləyicilər fərqli postlarda K.Əsədovun şərh yazanları müxtəlif söyüşlərlə təhqir etdiyi deyilən fotoskrinlər yayıblar.
Məsələ ilə əlaqədar Kamran Əsədovla əlaqə saxlasaq da, o, mövzuya münasibət bildirməyib.



Qafqazinfo

Tarix: 20 iyul 2022
Baxış: 543

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş