Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qida üzərində terror, qiyamət anbarı və süni aclıq……

Qidalar uzərindən terror 
İllərdir, ənənəvi kənd toyuqlarının məhv edilməsi layihəsi üzərində işlər gedir. Lakin layihə bir neçə dəfə boşuna çıxıb.Bu, heyvanları hormonal yemlərdən asılı saxlamaq və rəfləri broyler toyuqları ilə doldurmaq planıdır.
Necə ki süni və bioloji olaraq hazırlanmış bir silah vasitəsilə quş qripini havadan bütün dünyaya yaydılar.Hədəf yer üzündəki insan sayını 500 milyona qədər salınmasıdır. Bildiyimiz kimi, kənd toyuqları təbii otlarla, yemlərlə qidalanırlar və buna görə onların əti organik sayılır, nəinki hormonal yemlərlə qidalanan broyler toyuqları. Bu da süfrəmizə hormonal qidanın gəlib çıxmasına səbəb olur.


Yağlarda, yemlərdə, bitkilərdə – ümumiyyətlə GMO üzərində böyük təbliğat gedir. GMO-nu da maskalayıb hibrid adı altında insanlara satırlar. Bu gün Azərbaycanda da araşdırılma aparılsa, hibrid toxumların satışının çoxaldığını müşahidə edə bilərik. Arıtq hibrid toxumlardan əmələ gələn bitkilərlə heyvanlar və insanlar da qidalanırlar. Heyvanların əti də hormonal pozuntulara məruz qalır ki, bu da insanları böyük fəsadlarla üz-üzə qoyur.
Bill Qeytsin Uqandada başladılan 15 milyon dollarlıq bir layihəsi var və bu layihədə bananın A vitamini ilə zənginləşdirilib istehsal edilməsidir. Ümumiyyətlə tropik bölgələrdə yerli toxum əkən fermer yoxdur. Bu gün Uqandada, Amerikanın müəyyən bölgələrində A vitamini ilə zənginləşdirilmiş hibrid bananlar istehsal olunur. Hibrid isə insanlar üçün bir o qədər də faydalı deyil.


Dünyanın bir çox ölkələrində fermerlər yerli toxum tapa bilmirlər: “Hazırda arxeoloji qazıntılar zamanı təkcə arxeoloji mənbə axtarılmır, həmçinin geni dəyişdirilməmiş, təbii toxum axtarılır. Məsələn, qardaş Türkiyədə Göbəkli Təpə deyilən yerdə buğda toxumu tapdılar. Bu toxumu əkəndən sonra gözəl nəticələr əldə olundu və həmin toxumu Norveçin Svalbald adalarında yerləşən qiyamət anbarına daşıdılar. Ümumiyyətlə dünyanın bütün təbii toxumlarını bu anbara daşıyırlar və bizə hibrid toxumlar satılır, organik olanlar isə orada mühafizə edilir. Nə vaxtsa toxum tükənərsə və ya hansısa fövqəl durumlarda ondan istifadə edəcəklər. Amma bizə verəcəklərmi? Yaxud kimlərə veriləcək? Bu sualın cavabı müəmmalıdır”.

Qiyamət anbarı kimə və nə üçün lazımdır?
Dünyada “Qiyamət anbarı” deyilən toxum anbarı var və bu, Norveçin Svalbard adalarında yerləşir. Yerin 130 metr dərinliyində tikilən anbar təbii fəlakətlərə belə dözümlü yerdir. Orada 980 min çeşid toxum  -18°C də saxlanılır. Bu temperatur toxumların ömrünün uzanmasına gətirib çıxarır.Bu toxum anbarı təbii ki,bütün yer kürəsində yaşayan insanları düşünərək tikilməyib.Bu toxum anbarı,süni fəlakətlər,süni qıtlıq,süni yaradılmış xəstəliklərdən sağ cıxa bilən insanlar üçündə planlaşdırılmayıb. Bu toxum anbarı ,özlərini ari irq hesab edən ailələr və onlara qul olan cüzi insan sayı üçün planlaşdırılmış bir layihədir.Şimal buzlu okeanının sürətlə əriməsini nəzərə alsaq,o zaman bu toxumların da hansı zəhərlənməyən torpaqlarda əkiləcəyidə bəlli olur.


Süni aclıq pandemiyası
Süni aclıq pandemiyasıda da qaçılmazdır. Bu yaxınlarda BMT-nin qida proqramının icraçı direktoru Devid Beasley – də aclıq pandemiyası ilə bağlı rəsmi açıqlama verdi. Onun çıxışı bütün dünyanı şoka saldı. O, bildirdi ki, bunun qarşısı alınmasa, ayda 100 min, 3 ayda 300 min insan aclıqdan öləcək. Statistikaya nəzər salsaq, gündə 25 min, ildə 9 milyon insanın aclıqdan öldüyünü görürük. D.Beasleyin qeyd etdiyi rəqəmlər real olarsa, artıq aclıqdan ölən insanların sayı 10 milyonu ötəcək. Süni aclıq və qida qıtlığı dünya ölkələrində xaos yaratmaq və hədəf qədim MU sivilizasiyasında olduğu kimi ,dünyanı bir mərkəzdən idarə etməkdir.



Qida Məsələləri Üzrə Mütəxəssi / Ağa Salamov
Mənbə: Qidalemi

Tarix: 16 iyul 2022
Baxış: 507

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş