Donuz ətini haram edən amillər hansılardır?
Donuz əti ümumiyyətlə, İslam dünyasında haram məhsul sayılır ; Amma bəzi şərtlər var. Məsələn acından ölməmək üçün məcburiyyət qarşısında donuz əti yemək mümkündür. Donuza düşmən kimi baxan “müsəlmanlar” var. Amma bu düşüncə düzgün bir düşüncə deyil. Çünki donuzu yaradan Allahdır. Donuzun əti haramdır deyə onu vurub öldürmək və ya donuza söymək düzgün deyil.
Donuz ətinin tərkibində olan sutoksin adlı maddə donuz ətinin vasitəsilə insan orqanizminə keçir və qanda müəyyən iltihabların yaranmasına yol açır. Bunlardan biri də iltihabıdır. Bu xəstəlik həmçinin “scrofulous” xəstəliyi kimi tanınır və donuz əti yeyən insanlarda tez-tez görünür. Donuz hər şey yeyən və hər şey ilə qidalanan bir heyvan olduğu üçün,bəzi zəhərli otlar və zəhərli qidaları da yeyir. Donuzun bu xüsusiyyəti olduğuna görə onun ətində mikrobioloji çirklənmə olur. Onun əti hətta emal olunanda belə, insanın əlində hər hansı bir yara kəsiyi varsa, donuz əti dəyirsə həmin yara çirk etməyə başlayır. Donuz ətini istehlak edən şəxslərdə orqanizmdə bir çox xəstəliklər, fəsadlar yaranır. Bu səbəbdən donuz əti İslam dünyasında haramdır.
Bundan əlavə olaraq donuz ətində kükürd çoxdur.Fəqərələrdə,oynaqlar da və toxumalar da yığılan kükürd, normadan çox olduğna görə ,fəqərə və ya oynaq əyriliyi o cümlədən fəqərədə yırtıqların yaranmasına səbəb olur. Ona görə də donuz ətindən uzaq durmaq məsləhətdir.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
Mənbə: Qidaelmi
Tarix: 16 iyul 2022
Baxış: 568
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş