Xəbər lenti
Reklam
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: İyulun 15-də ...

İyulun 15-i saat 10:00-da Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

Gender.az xəbər verir ki, Namizədlərə imtahanda tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim ediləcək.
İmtahan müddəti 80 dəqiqədir. İmtahanda iştirak edəcək namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi mütləq təqdim etməlidirlər. Həmçinin namizədlər imtahan mərkəzinə saat 09:30-dan gec olmayaraq yaxınlaşmalıdır.

Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin mobil telefonlarına sms bildiriş göndəriləcək.
Tarix: 12 iyul 2022
Baxış: 1 213

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş