Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Səttar Bəhlulzadə kimin üzünə tüpürdü? - Məşhurlardan GÜLMƏCƏLƏR

Lent.az-ın bu rubrikasında Azərbaycanın tanınmış simalarının başına gələn məzəli hadisələr, onların dilindən səslənmiş maraqlı ifadələr, olaylar barədə danışacağıq. Axı heç bir lətifə boşuna yaranmayıb. Gəlin, birlikdə eşidək, birlikdə gülək.
Bir dəfə rəssamlar üçün ziyafət təşkil olunur. Məclisin başında  vəzifəli bir məmur oturur.  Ayağa qalxıb badə qaldıran hər kəs həmin vəzifəli məmuru tərifləyir, şəninə xoş sözlər deyir, o da xoşallana-xoşallana  iltifatları qəbul edir. Məclisdəki yaltaq ab- hava tanınmış rəssam Səttar Bəhlulzadəni çox hövsələdən çıxarır, ayağa qalxıb deyir: “Tüpürüm sizin üzünüzə”.  
Hər kəs çaş-baş qalır. Vəzifəli şəxs  qızarıb-bozarırır.

- Səttar, bu nə sözdü dedin? Mən də burdayam e.
- Bilirəm. Hər kəsin üzünə ümumi tüpürüm, sənin üzünə personalnı.
***
Mir Cəfər Bağırov Xalq yazıçısı Əli Vəliyevi  yanına çağırtdırır. Birinci katibin adı gələndə ürəyi düşən yazıçı necə deyərlər kəfənini boynuna salıb gedir qəbula. İçəri girir, Mircəfər Bağırovun keyfinin kök vaxtıymış. Yazıçını salamladıqdan sonra, şkafdan araq çıxarır, iki böyük stəkana doldurur. Birini yazıçıya verir, birini də özü qabağına çəkib, “bunu içək, yoldaş Stalinin sağlığına “ deyir. Ömründə dilinə içki dəyməmiş ağsaqqal yazıçı məcbur olub içir. İş bunla bitsə nə vardı ki? Bağırov stəkanları yenidən doldurur. “Bunu da içək mənim sağlığıma”. Əli Vəliyev ölüm-zülüm ikinci stəkanı da içir. Amma taqəti yox, başı gicəllənir. Bağırov yenidən stəkanları doldurur. “Əli Vəliyev, bunu da içək, sənin sağlığına”.
Əli Vəliyev başını yelləyir: “Yoldaş Bağırov, ölkədə iki kişi var, ikisinin də sağlığına içdik. Üçüncü kişi yoxdur”.

Tarix: 06 iyul 2022
Baxış: 718

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş