Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Avropada bu qədər kişi qalmayıb…” – Kadırov

Çeçenistanın başçısı Ramzan Kadırov NATO-nun öz ordusunun sayını 2024-cü ilə 300 min nəfərə qədər artıra biləcəyinə şübhə etdiyini bildirib.
«Avropada bu qədər kişi qalmayıb. Onlarda kişiləri kişi, arvadları isə arvad adlandırmaq olmaz. Bu barədə yalnız «orta cins»də danışmaq olar. Bizim üçün onlarla vuruşmaq ayıb olsa da, amma əgər onlar bizim yerlərə gəlsələr, sərhədlərimizi pozsalar, biz, onları dayandırmalıyıq» – Kadırov özünün Teleqram-kanalında iyunun 30-da bəyan edib.
Bunun üçün Rusiyanın kifayət qədər gücü var, Kadırov əmin edib.
«Hər bir Avropa ölkəsi Rusiya Federasiyasının bir bölgəsi kimidir. Biz, 100 faiz hazırlaşırıq… Qar, şaxta və sanksiyalar bizim üçün qorxulu deyil. Qələbə bizimlədir. Onlarda heç nə alınmayacaq» – Kadırov fikrini yekunlaşdırıb. \\7times.az

Tarix: 01 iyul 2022
Baxış: 751

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş