"Həyat yoldaşı" sındırılan, özü mitinqdə döyülən idmançı: “İşgəncələrə məruz qalmağı sevirəm” (FOTO)
Qazaxıstanlı bodibilder Yuri Toloçko maraqlı həyat hekayəsini bölüşüb.
O, seks kuklası olan Marqo adlı "arvadı” ilə həyatından bəhs edib.
Sosial media hesablarından istifadə edərək, "arvadı” ilə yaşayışları haqda düşüncələrini bölüşən Yurinin həyat tərzi internetdə böyük marağa səbəb olub.
2019-cu ilin dekabrında qısa müddətli "görüşdən” sonra Marqo adlandırdığı seks kuklası ilə "nişanlandığını”, 2020-ci ildə isə "sevgilisi” ilə evləndiyini bildirib. Qonaqların (əsl insanlar idi) iştirak etdiyi toy müxtəlif vaxtlarda iki dəfə təxirə salınıb. Əvvəl, Covid-19-a səbəbindən tətbiq edilən karantin tədbirlərinə, növbəti dəfə isə Qazaxıstanın Almatı şəhərində transseksualların mitinqində hücuma məruz qaldığına görə Yuri toyu təxirə salmalı olub. Həmin mitinqdə qadın paltarı geyinən və parik taxan bodibilderə yaxınlaşan bir nəfər onun parikini aşağı çəkərək sifətinə yumruq zərbəsi endirib və yaralayıb. Nəhayət baş tutan toy mərasimindən bir neçə gün sonra isə seks kuklası olan "arvadı” sındırılıb. Bunun necə baş verməsi isə tam dəqiq deyil.
Yuri hərəkətləri və qadınlığa meyilliyi haqqında da danışıb. Özünü qadın alter eqosu Amandaya bənzətdiyini və onun kimi geyindiyini açıqlayan idmançı Amandanın ona cəmiyyətdə müəyyən fikirləri kəşf etməkdə yardımçı olduğunu deyib:
"Bir neçə ay əvvəl qadın obrazından istifadə etməyə başladım. Bu obraza Amanda adını verdim. Bu obraz vasitəsilə cəmiyyətimizə müəyyən fikirləri çatdırıram. Ona görə də döyüldüm”
Seks həyatı haqda danışarkən özünü "panseksual" adlandıran, tamamilə hər kəsə və hər şeyə aşiq ola biləcəyini deyən idmançı Marqo ilə münasibətini bu sözlərlə ifadə edib:
"Seks prosesini xoşlayıram. Burada gender, cinsi oriyentasiya xüsusi əhəmiyyət kəsb etmir. Hekayəmiz məni cinsin özündən çox daha çox cəlb edir. İşgəncələrə məruz qalmağı sevirəm, çox ağrıya dözə bilirəm. Hökmranlıq etməyi də sevirəm. Marqo başqalarının bacarmadığı şeylərə qadirdir”.
Sosial şəbəkələrdə isə onun bu addımı birmənalı qarşılanmayıb. Bir çox istifadəçi Yurinin psixi sağlamlığı və həyat seçimlərini qeyri-ciddi hesab edərək onun psixoloji yardıma ehtiyacı olduğu bidirilib.
Yuri hazırda Marqonun tam təmir olunduğunu da deyib.
Qaynarinfo