Kreml Azərbaycanı “düşmən” elan etməyə hazırlaşır? – SƏBƏB
Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq - AKP-dən mesaj
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda hər il 100-150 kiloqram və ya 1500 manata yaxın dəmir pul tapılır.
Gender.az xəbər verir ki, tapılan xırda qəpiklər əvvəlcə yuyucu vasitələrdən istifadə edilərək yuyulur, sonra isə dezinfeksiya edilir. Mərkəzi Banka təhvil verilib kağız pullara dəyişdirilən həmin məbləğ xeyriyyə məqsədləri üçün istifadə edilir.
"Təmiz Şəhər" ASC -nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov deyib ki, hər gün zavoda 2 min tondan çox tullantı təhvil verilir. Bunların içərisindən isə xeyli miqdarda qəpiklər tapılır.
Onun sözlərinə görə, tapılan vəsait hər il xeyriyyə məqsədilə istifadə olunur.
Qeyd edək ki, Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda tapılan dəyərli əşyalardan ibarət muzey də fəaliyyət göstərir.