Redaktor seçimi
    "Putin hədələdi, Finlandiya geri çəkildi – Nə baş verir?" - TURAN RZAYEV
Xəbər lenti
Reklam
Nazirlikdən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz/ VİDEO

''Qadınlar dikdaban, kip və cins materiallı şalvarlar geyinməməli, şəffaf və parıltılı dodaq boyasından istifadə etməməlidirlər''. Bununla bağlı Mədəniyyət Nazirliyində əmr imzalanıb. Əmrə əsasən nazirliyin tabeliyində olan qurumların qadın və kişi əməkdaşları üçün dress-kod müəyyən edilib. Sənədə əsasən qaydalarda nəzərdə tutulan geyim üslubuna mütləq şəkildə əməl edilməlidir. 

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumlarda etik davranış və daxili intizam qaydaları ilə bağlı cari il aprelin 19-da əmr imzalanıb.

Əmrdə əməkdaşların geyim üslübu ilə bağlı bir sıra qadağalar müəyyən edilib. İşlədikləri müəssisələrdə qadınlara dar və cins materiallı şalvar geyinmək, dikdabandan, eləcə də şəffaf və parıltılı dodaq və dırnaq boyasından istifadə etmək qadağan edilir. Nazirliyin tabeliyində olan teatr və konsert müəssisələri, muzeylər, kitabxanalar, təhsil ocaqları və digər belə qurumlarda çalışan qadınlar bu qaydalara mütləq şəkildə əməl etməlidirlər. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "XəzərXəbər"ə bildirilib ki,  qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq həyata . ''Qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər.  Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində, yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb''-deyə məlumatda vurğulanıb. 

Tarix: 17 may 2022
Baxış: 571

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}