Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Marsdakı qapı şok yaratdı - FOTO

ABŞ Konqresi uçan naməlum obyektlərlə bağlı ictimai dinləmə keçirməyə hazırlaşarkən Marsdan gələn görüntü bomba kimi gündəmə düşüb. 
Marsda çəkilən yeni foto NASA-nın Curiosity səyyahı vasitəsi ilə çəkilib.
İnsanlar göyə baxdıqca, əslində orada olmayan şeylər görür: bəzən bürclərdəki təsvirlər, bəzən Aydakı üz, bəzən də Çin alimləri tərəfindən kəşf edilən və sonradan qayaya çevrilən “sirli daxma”.
Yayımlanan kimi sosial medianın ən çox müzakirə olunan mövzusuna çevrilən fotonu mayın 7-də Curiosity kameralarından biri çəkib.
NASA tərəfindən yayımlanan və Marsda çəkilmiş fotoşəkildə qayaya oyulmuş bir qapı görünür. NASA hələlik foto ilə bağlı açıqlama verməsə də, görüntü gündəm yaradıb.
Yadplanetlilərin həyatının sübutudurmu?
Curiosity tərəfindən keçən həftə çəkilmiş şəkil qaya səthində düzbucaqlı boşluq olduğunu açıq şəkildə göstərir. Beləliklə, istər-istəməz hər kəs Qırmızı Planetdəki yadplanetli həyatın sübutu kimi qapıya bənzər görüntünü əsas gətirərək sui-qəsd nəzəriyyələri yaradıb.


Alimlərin fikrincə, yaxından nəzər salsanız, Marsdakı "qapı"nın sadə izahı əslində fotoşəkildə var. London İmperial Kollecinin professoru Sanjeev Gupta “Daily Telegraph” qəzetinə deyib ki, qapıya bənzəyən düzbucaqlı boşluğun "normal geoloji proseslər" nəticəsində əmələ gəldiyinə dair sübutlar var.
"Qapının" içərisində qayadakı boşluğu göstərən dərin yarıq və ya çat var: həm Marsda, həm də Yerdə baş vermiş və son bir neçə yüz milyon ildə istənilən vaxt baş verə biləcək bir şeydir.
Curiosity missiyasında NASA ilə işləyən professor Qupta deyib: “Marsda və Yerdə çatlar çoxdur, onların əmələ gəlməsi üçün zəlzələ kimi titrəmələrə ehtiyac yoxdur. Şəkildə qəribə heç nə yoxdur, bu, normal geoloji proseslərdir”.
Mütəxəssislərin fikrincə, görüntü qapıya çox oxşayanda perspektiv də rol oynayır. NASA deyir ki, görüntü çox böyüdüldüyü üçün çat tam bir qapıya bənzəyir.
Xəbərin doğruluğunu təsdiqləyən “Snopes” internet saytına danışan səlahiyyətli, qapıya bənzər boşluğun əslində qayadakı kiçik bir çat olduğunu söyləyib.
Qrupdakı elm adamlarının açıqlamalarına istinad edən səlahiyyətli, qapıya bənzər çatın əslində çox kiçik və təxminən 30-45 santimetr ölçülərində olduğunu vurğulayıb.
Alimlərin fikrincə, "Bu qaya boyunca xətti çatlar var və burada bir neçə xətti qırıqlar kəsişir".
Yaxşı xəbər budur ki, Curiosity Marsda həyat axtarışlarını davam etdirir. Və ya heç olmasa bir vaxtlar orada həyatın mövcud olduğuna dair əlamətlər axtarmaq üçün. \\32gun.az

Tarix: 16 may 2022
Baxış: 392

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş