Psixoteropevtdən şok ittihamlar: "Fahişəliklə məşğul olur, amma adını psixoloq qoyur" - VİDEO
Son dövrlər yeniyetmələr, hətta uşaqlar arasında artan intihar hadisələri cəmiyyətdə təlaş yaradıb. Hər kəsi bir sual maraqlandırır. Silsilə özünəqəsd hadisələrinin qarşısı necə alınmalı? Yalnız bu deyil, yaxın qohumların bir-birinə qarşı törətdiyi cinayətlərin də sayı artıb. Hətta oğul belə anasını qəddarlıqla qətlə yetirir. Nə baş verir? İnsanların ruhi vəziyyəti dəyişib, yoxsa cəmiyyətdə qəddarlıq artıb? Doğmaları bir-birinin qanını tökməyə vadar edən səbəblər sosial problemlərdir, yoxsa psixi dəyişiklik? Tanınmış psixoteropevt Elmir Əkbər cəmiyyəti narahat edən bu və digər suallarla bağlı "TV Musavat"a müsahibə verib.