"Amerikanın Ukraynaya verdiyi yardımı nəzərə alaraq Ukrayna prezidenti Zelenskinin hesablarının auditi aparılmalıdır”. Məşhur amerikalı televiziya aparıcısı Taker Karlson rəsmi Vaşinqtona belə bir çağırışıla müraciət edib.
Karlson qeyd edib ki, Birləşmiş Ştatlar təkcə ötən həftə Ukraynaya 1 milyard dollar göndərib və dövlət sektorunda çalışan işçilərin maaşlarını ödəmək üçün daha yarım milyard dollar göndərmək niyyətindədirlər. Teleaparıcı sual edib ki, bu pulları göndərməzdən əvvəl "Zelenskinin maliyyəsini yoxlamaq olmazmı?”
Taker Karlson ABŞ-da Bayden siyasətinin sərt tənqidçisi kimi tanınır. 2020-ci ilin yayından başlayaraq, "Fox News”telekanalında gündəlik müəllifi proqramı ilə çıxış edir. Onun müəllim proqramı ABŞ-da ən çox baxılan siyasi şoudur və orta tamaşaçı auditoriyası 5 milyondan çoxdur.
Qeyd edək ki, Ukrayna prezidenti Zelenskinin xaricdəki hesabların haqda ötən ilin oktyabrında Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) yazmışdı. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu dünyanın siyasət və biznes adamlarının ofşorlar vasitəsilə sahib olduqları gizli aktivlərlə bağlı genişmiqyaslı araşdırma "Pandora dosyesi” kimi tanınırdı. "Pandora dosyesi”ndə Ukrayna prezidenti Zelenskinin adı da vardı. Ukrayna prezidenti ofşor şirkətləri ilə bağlı araşdırmadan danışarkən, belə şirkətlərinin olduğunu təsdiqləmişdi, lakin onlardan "çirkli pulların yuyulması” üçün istifadə edilmədiyini demişdi.
Kiyev iqtidarına müxalifət olanan "Müxalifət Platforması - Həyat Naminə” partiyasından olan Ali Radanın deputatı İlya Kiva isə Zelenski prezident olduğu iki il yarım ərzində "Dresdner Bank” da 1,2 milyard dollar vəsait topladığını iddia edir. Onun dediyinə görə, bu pulları prezidentin hesabına Rinat Axmetov, Viktor Pinçuk, İqor Kolomoyski kimi ukraynalı oliqarxlar köçürüb. Pullar "First Union Bank”, "Deutsche Bank”, "Banque Nationale de Paris” kimi banklardan Zelenskinin hesabına köçürülürb. Deputatın fikrincə, Almaniya və Fransa hakimiyyətindən iznsiz belə vəsaitlərin köçürülməsi qeyri-mümkün olardı.
Kiva onu da demişdi ki, Zelenski özünə Mayamidə 34 milyon dollara villa, həmçinin 5,6 milyon dollara bir neçə dəst zinət əşyası da alıb. İddialara görə, Ukrayna Prezidentinin ofisinin rəhbəri Yermakın Almaniya bankında 56 milyon dolları var.
Son rəqəmlər bilinməsə də, 2020-ci ildə Zelenski 2019-cu ildəkindən təxminən 250 min dollar az qazanıb. Zelenski 2020-ci ildə 815 min dollar qazanıb. Bu barədə Ukrayna prezidentinin dəftərxanasının dərc etdiyi gəlir hesabatında deyilirdi. Hesabata görə, Zelenskinin bir il ərzində gəliri təxminən dörddə bir azalmışdı.
Yeni bəyannaməyə görə, Zelenski Kiyev yaxınlığındakı İvankoviçi kəndində daşınmaz əmlakın və torpaq sahəsinin satışından təxminən 485 min dollar alıb. Prezidentin illik maaşı isə 12 000 ABŞ dollarıdır.
Bundan əlavə, Zelenski 4,6 milyon 165 000 dollar məbləğində qonorar (müəlliflik hüququ üçün qəbzlər) alıbmış. Zelenskinin həyat yoldaşı Yelena 2020-ci ildə 34 000 ABŞ dolları məbləğində maaş və qonorar alıb./Musavat/