Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Ukraynalı qadın azan səsini eşidib, görün nə etdi - VİDEO

Bursadakı Ayasofya məscidində azan səsindən təsirlənən ukraynalı gənc qadın müsəlman olub.

Gender.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhərin dünyaca məşhur tarixi səmti İznikə səyahət üçün gələn Daria Yaroşenko bir restoranda yemək yeyərkən İznik Ayasofya məscidində səsləndirilə azan səsini duyub. Bununla da o eşitdiyi səsə heyran qalıb.

Daha sonra ukraynalı qadın həyat yoldaşı ilə birlikdə məscidə gedib. Yaroşenko azan oxuyan müəzzin Osman Çakmakla qarşılaşıb.

Müsəlman olmaq istədiyini bildirən gənc qadın İznik müftisi Üzeyir Yavaşla birlikdə Ayasofya məscidində kəlmeyi şəhadət gətirərək müsəlman olub.

İznik rayon müftisi gənc müsəlman qadına Quran hədiyyə edib.

İslamı qəbul etməsinin səbəbini və İslamı seçdiyi dövrü izah edən ukraynalı Daria, “İznikin tarixi bir yer olduğunu eşitdim. Səyahət etməyə gəlmişdik. Burada yemək yeyərkən Ayasofya məscidindən azan səsini eşitdim, çox təsirləndim. İçimdə nəyinsə titrədiyini hiss etdim. İnternetdə Quranı axtardım. Mən könüllü olaraq müsəlman olmağa qərar verdim” deyə bildirib.

Ukraynadakı müharibənin ona çox təsir etdiyini dilə gətirən gənc qadın açıqlamasında “Mənim orada yaşayan qohumlarım var. Onların canından qorxuram, ürəyim də ağrıyır. “Müharibə bitən kimi ölkəmə qayıdacağam"" qeyd edib.


Tarix: 08 aprel 2022
Baxış: 217

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş