Xəbər lenti
Reklam
Azərbaycanlı tələbə eyni anda Avropanın üç universitetində təhsil alacaq

Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Eyvaz Əhmədzadə eyni zamanda Avropanın üç universitetində təhsil alacaq.
Bu barədə UFAZ məlumat yayıb.
Belə ki, o, Erasmus Mundus Birgə Magistr dərəcəsinin bir hissəsi olaraq Yaşıl Şəbəkə və Bulud Hesablamaları üzrə təhsil almaq üçün təqaüd qazanıb.
Proqrama əsasən, Eyvaz Əhmədzadə Fransada Lotaringiya Universiteti, Böyük Britaniyada Lids Bekket Universiteti və İsveçdə Lulea Texnologiya Universitetlərində təhsil alacaq. \\Ölkə.az

Tarix: 05 aprel 2022
Baxış: 285

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş