Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Övlad sahibi ola bilməyən məşhurlarımız - ADLARI AÇIQLANDI

Bir çox insanın valideyn olmaq arzusu var. Amma belə bir deyim var ki, insan dünyaya gəlməmiş onun qisməti, taleyi yazılır. Azərbaycan incəsənətində bir neçə məşhurlar ailə qursalar da, bioloji ata və ana adına həsrət qaldıqlarını dəfələrlə etiraf ediblər.
Bioloji övlad sahibi olmayan məşhurları təqdim edirik:
67 yaşlı Xalq artisti Nisə Qasımova heç vaxt bioloji ana ola bilməyib. Nisə Qasımova qardaşı cavan rəhmətə gedəndən sonra onun oğlunu iki yaşından övladlığa götürüb:"Hər kəs bilirdi ki, mən ailə quran deyiləm. Fətulla dünyaya gəldiyi 8-ci gündən mənim yanımdadır. Yeganə xanım Fətullanı mənə lütf elədi. Buna çox şükürlüyəm. Ondan çox razıyam".
62 yaşlı Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailə həyatı qurub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran Firəngiz Mütəllimova bu evliliyə öz istəyi ilə son qoyub, onların övladları olmayıb. Onun sosial şəbəkələrdə "qızım" deyə təqdim etdiyi gənc xanım isə Gülarə adlı bacısı qızıdır: "Gülarə bacımın qızıdır. Amma həmişə deyirəm ki, mənim övladımdır. Onu balam kimi çox istəyirəm. Ona görə də həmişə öz qızım kimi təqdim edirəm".
53 yaşlı Xalq artisti Aygün Bayramova 2017-ci ildə İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə ailə qurub. Xanəndə ana olmaq arzusundadır.
51 yaşlı müğənni Mənzurə Musayeva 2 dəfə ailəli olub, övladı olmadığı üçün ailəsi dağılıb. Müğənni Lent.az-a açıqlamasında bildirib ki, iki dəfə ana olmaq arzusu yarımçıq qalıb: "İki dəfə hamilə olmuşam. Amma hər iki hamiləliyim yarımçıq sonlandı. Ən böyük arzum ana olmaqdır". Müğənni qardaşı qızı Çinarəni övladlığa götürüb. Çinarə ailə qurub.
51 yaşlı müğənni Mətanət Əsədova ailə qurub, boşanıb. İfaçının ən böyük arzusu ana olmaqdır.
72 yaşında vəfat edən müğənni Sabir Əliyev heç vaxt övlad sahibi ola bilməyib.
75 yaşlı Əməkdar artist Cavan Zeynallı Röya adlı qadınla evlidir, müğənni valideyn olmayıb və heç vaxt bu barədə danışmaq istəməyib.
Xalq artisti Fəxrəddin Manafov diktor Vahidə Sadıqova ilə evli olub. Cütlüyün heç vaxt övladı olmayıb. V.Sadıqova bu il dünyasını dəyişib.
72 yaşında dünyasını dəyişən Xalq artisti İlhamə Quliyeva 80-ci illərdə ailə qurub, boşanıb. Övladı olmayıb. O, xalası nəvəsi Orxan Nadirovu övladlığa götürmüşdü. Hətta onun mirası övladlığa götürdüyü Orxana yox, bacılarına qalıb.
41 yaşlı azərbaycanlı reper Elşad Xose rəqqasə Oksana Rəsulova ilə evli olub, boşanıb. Reperin övladı olmayıb.
45 yaşlı müğənni İlhamə Qasımova evli olub, həyat yoldaşı vəfat edib. İfaçı illərdir övlad həsrətindədir.
54 yaşında vəfat edən meyxanaçı Bayram Kürdəxanılı isə heç vaxt ailə qurmayıb. O, bu addımını bu cür əsaslandırmışdı: "Heç vaxt ailə qurmamışam, övladlarım yoxdur. Tüfeyli həyata düşmüşdüm, şəxsiyyətimə sığışdırmırdım ki, kiminsə balasını bədbəxt eləyim. Evlənmədiyimə görə də, peşman deyiləm".
Qeyd edək ki, 54 yaşlı Xalq artisti Mehriban Zəki, müğənnilər Şəbnəm Tapdıq, Rəhim Rəhimli, Samir Bağırov, Aşıq Telli Borçalı, Əməkdar artistlər Razi Şükürov, Teymur Əmrah, Səlim Abbasov, diktor Telli Pənahqızı , 72 yaşında dünyasını dəyişən Xalq artisti Zərnigar Ağakişiyeva heç vaxt ailə həyatı qurmayıb. \\Lent.az

Tarix: 24 mart 2022
Baxış: 278

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş