Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Rusiya çarı balıq tutanda Avropa gözləməlidir…”

Rusiya çarı I Nikolay (1825-1855) deyirdi ki, Rusiya bayrağı bir dəfə qaldırıldığı yerdə heç vaxt endirilməməlidir. O, bu fikri 1850-ci ildə səsləndirib. O vaxt Çin və Yaponiya Rusiyanın Saxalini ələ keçirməsinə etiraz edirdi…
Rusiyanın Şərqə münasibəti belə olub. Yəni Rusiya işğalı davam etdirməlidir.
Çar III Aleksandr (1881-1894) isə Rusiyanın Qərbə münasibətini net şəkildə ortaya qoyub. Deməli, Rusiyanın xarici işlər naziri əyalətdə istirahət edən III Aleksandra məktub yazır. Deyir ki, Avropada vəziyyət qarışıb. Mümkün qədər tez paytaxta dönün. Müharibənin qarşısını almaq lazımdır. Çarın nazirə verdiyi cavab Avropada hiddətlə qarşılanır. Çar deyir: “Rusiya çarı balıq tutanda Avropa gözləməlidir”.
Yəni Rusiyanın Qərbə münasibəti də xoş olmayıb…
Rusiyanın Qərbə münasibətini əks etdirən daha bir maraqlı fakt var. SSRİ rəhbəri Nikita Serqeyeviç Xruşşov (1953-1964) tez-tez üzünü Qərbə tutub deyərdi: “Biz sizi dəfn edəcəyik”. Yəni kommunizm ideologiyası Qərbi də öz ağuşuna alacaq…
İndi də Putin Ukrayna ilə birlikdə Qərbi dəfn etmək xəyalına düşüb. Ancaq proseslər əks istiqamətdə gedir… \\https://7times.az

Tarix: 20 mart 2022
Baxış: 306

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş