Azərbaycanda ilk - Satıcısız küçə ticarəti - FOTO
Bakının Albalı qəsəbə sakini küçədə satıcının iştirakı olmadan yumurta satışnı təşkil edib. Bu barədə özünü Sadiq oğlu kimi təqdim edən ideya müəllifi öz Facebook hesabında yazıb.
"Belə qərara gəldik ki, öz təsərrüfatımızda istehsal etdiyimiz yumurtaların satışını küçədə heç kim tərəfindən nəzarət olunmadan həyata keçirək. Çoxları buna ironiya ilə yanaşdı. Ancaq biz heç də yanılmadıq. Doğurdan da, bizim xalqımız və millətimiz çox dürüst və bütün xalqlardan vicdanlıdır. Özünəxidmət formasında keçirilən satış tam özünü doğrultdu. Qutuda 84 manat 80 qəpik əvəzinə 85 manat pul var idi", Sadiq oğlu deyib.
Onun sözlərinə görə, günlük dövriyyəsi 85 manat təşkil edib.
Bu kimi küçə ticarəti dünyanın bir çox ölkəsində rast gəlinsə də, Azərbaycanda yenidir.
Ləman Qasımova
Anews.az
Tarix: 17 mart 2022
Baxış: 276
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş