Xəbər lenti
Reklam
Məktəblilərin qış tətili olacaq?

2021-2022-ci tədris ilində məktəblilərin qış tətili olmayacaq.

Tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilir. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləridir.
Xatırladaq ki, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 20 avqust 2021-ci il tarixli, F-415 nömrəli əmrinin 7 nömrəli əlavəsində məktəblilərin qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunmuşdu.
Qeyd edək ki, 2022-ci il yanvarın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf edir. \\Ucnöqta.az

Tarix: 25 yanvar 2022
Baxış: 269

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş