"Fəhlə bazar"ında bir gün: "Land Crusier" sürür, fəhləlik edir" - VİDEO,FOTOLAR
Hər gün səhər saatlarında “Xalqlar Dostluğu” körpüsünün altındakı “Fəhlə bazarı”na onlarla fəhlə və ustanın toplaşdığının şahidi oluruq. Bu insanlar erkən saatlarda gündəlik çörəkpulunu qazanmaq üçün buraya üz tuturlar. Bu bazarda bütün yaş kateqoriyalarından insanlara rast gəlmək mümkündür. Usta və fəhlələrin əksəriyyəti iş üçün bölgələrdən Bakıya üz tutanlardır. Səhər saatlarından buraya toplaşan fəhlələr gün ərazində tikinti, zibil, yığmaq, yük daşımaq, yer belləmək kimi işlərə gedir, günəmuzd çalışırlar.
Bəzən gündəlik qazancları 5-10 manatı ötmür, bəzən isə işsiz qalırlar. Musavat.com-un müxbiri “fəhlə bazarı”na baş çəkib, onlarla həmsöhbət olub.
Ərazidə olduğumuz zaman fəhlələr arasında mübahisələr də baş verdi. “fəhlə bazarı”da usta və fəhlələrin bir qismi durumlarından razı olduqlarını dilə gətirsələr də, digərləri buna etirazlarını bildirdilər.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.
Məğrur MƏRD
Video müəllifindir
Tarix: 12 mart 2019
Baxış: 510
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş