Xəbər lenti
Reklam
Elman Rüstəmov bu vəzifəsindən AZAD OLUNDU
                                            
Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov da iştirak edib.

Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib.

Səsvermə nəticəsində uzun illər qurumun vitse-prezident kimi çalışan Mahir Məmmədov 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib.

O, bu postda 2007-ci ildən çalışan Azərbaycan Milli Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək.


Gender.az

Tarix: 26 noyabr 2021
Baxış: 646

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş