Redaktor seçimi
    “Boş vaxtlarımda gözəllik axtarışına çıxıram...”
Xəbər lenti
Reklam
Rüstəm Muradovun Bakıdan İrəvana apardığı meyitin kimliyi BİLİNDİ


Ermənistan Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradovun ötən gecə Bakıdan İrəvana apardığı meyitin kimliyini açıqlayıb.
Ermənistan mətbuatına istinadən xəbər verir ki, ötən gecə general Muradov Bakıdan İrəvana baş leytenant Taron Saakyanın (1990-cı il təvəllüdlü) meyitini çatdırıb.

Ermənistan Müdafiə Nazirliyi daha əvvəl Rusiya tərəfinin vasitəçiliyi ilə əsir düşən əsgərlərin geri qaytarılması üçün danışıqların aparıldığını bildirmişdi.

"Noyabrın 16-da baş vermiş döyüşlər nəticəsində itkin düşmüş hərbi qulluqçuların tapılması, eləcə də əsirlərin qaytarılması istiqamətində işlər davam etdirilir”, - deyə nazirlikdən bu məsələ ilə bağlı vaxtaşırı açıqlamalar veriləcəyini bildiriblər.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda onların 2 ölüsü var, 24 nəfərin taleyi məlum deyil, daha 13 nəfər əsirlikdədir.

Xatırladaq ki, noyabrın 16-da Ermənistan  Silahlı Qüvvələrinin bölmələri Laçın və Kəlbəcər istiqamətindəki dövlət sərhəddində Azərbaycanın mövqelərinə hücum edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüş əməliyyatları zamanı Ordumuzun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatınada deyilir ki, döyüşlər nəticəsində 2 post Azərbaycan ordusunun nəzarətinə keçib.

Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində saat 16 iyun 18:30-da qatəşkəs elan olunub. \\Modern.az

Tarix: 18 noyabr 2021
Baxış: 49

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]