Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Putini təbrik edən deputatı partiyadan qovublar? – İDDİA və TƏKZİB

Rusiya prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik etmiş ukraynalı deputat ziddiyyətli bəyanatlar səsləndirib.
Ukrayna Ali Radasının “Həyat uğrunda – Müxalifət platforması” partiyasından olan deputat İlya Kiva Rusiya prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik etdiyi üçün partiyadan qovulduğunu bildirib.
Kiva bu barədə qərarın sözügedən partiyanın Poltavada baş tutan toplantısında qəbul edildiyini deyib. Deputat iddia edib ki, onun qovulmasının əsas təşəbbüskarı partiyanın həmsədri Yuri Boyko ilə Prezident Administrasiyasının sabiq rəhbəri Sergey Levoçkin olub.
Lakin bu açıqlamadan bir neçə saat sonra yeni videomüraciət yayımlayan Kiva partiyadan qovulması haqda dediklərini inkar edib. O, partiya sıralarında qaldığını və “mübarizəni hücumun sivri ucunda davam etdirdiyini” vurğulayıb.\\Yenicag.az 

Tarix: 21 oktyabr 2021
Baxış: 276

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş