Tibb müəssisələrinin AKKREDİTASİYASI KEÇİRİLƏCƏK
Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən Gender.az-a verilən məlumata görə, innovativ inkişafın dəstəklənməsi sahəsində görülən və görüləcək işlər, tibb müəssisələrinin akkreditasiyası, Davamlı Tibbi Təhsil tətbiqi, etik komitənin strukturu və aparıcı fəaliyyət prinsipləri və s. bu kimi məsələlər iclasın gündəliyinə daxil edilib.
İclasda Səhiyyə Nazirinin müavini Rahim Əliyev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev , Səhiyyə Nazirliyinin "Tibbi Yardımın Təşkili” şöbəsinin müdir müavini Nabil Seyidov gündəliyə daxil edilən mövuzlara dair məruzələrlə çıxış edib.
İctimai Səhiyyə və İslahar Mərkəzi tərəfindən tətbiq olunan Finlandiya protokollarına rəy verilməsi üçün aidiyyəti üzrə mütəxəssislərə yönədilməsi qərara alınıb.
Tarix: 11 mart 2019
Baxış: 499
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş