Avropa İttifaqı ölkələrində bu ilin birinci yarısında 100 kilovat-saat elektrik enerjisi üçün ödənilən orta məbləğ 21,92 avro olub. Bu göstərici, ötən ilin eyni dövründə 21,34 avro səviyyəsində olub.
Bu barədə Avropa Statistika İdarəsi (Eurostat) ilin ilk yarısında iqamətgahlarda istehlak edilən elektrik enerjisi və təbii qazın qiymətləri ilə bağlı məlumatları açıqlayıb.
Məlumata görə, ötən ilin ilk yarısında Aİ ölkələrində 100 kilovat-saat elektrik enerjisi üçün 21,34 avro ödənildiyi halda, bu rəqəm bu ilin birinci yarısında 21,92 avroya yüksəlib. Aİ-nin üzv ölkələri arasında ən ucuz elektrik Macarıstanda satılıb. Macarıstan 100 kilovat-saat elektrik enerjisi üçün 10,03 avro, Bolqarıstan 10,24 avro, Malta 12,79 avro və Hollandiya 12,81 avro ödəyib.
Aİ ölkələri arasında elektrik enerjisinə görə ən çox pul ödəyən ölkə Almaniya olub. Almaniyada 100 kilovat-saat elektrik enerjisi üçün 31,93 avro ödənilib. Almaniyanı 29 avro ilə Danimarka, 27.02 avro ilə Belçika, 25.55 avro ilə İrlandiya, 23.23 avro ilə İspaniya və 22.59 avro ilə İtaliya izləyib. \\Margin.az