Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Açıq-saçıq geyinənləri zorlayın” deyən Tural KİMDİR? – DOSYE
                               
Sosial şəbəkədə “Pantural” kimi tanınan Tural Səfərovun kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış etməsi geniş müzakirələrə səbəb olub.

Bəs “Pantural” kimdir?

Gender.az Metbuat.az-a istinadla Tural Səfərovun dosyesini təqdim edir:

Tural Səfərov 1985-ci il fevral ayının 28-ində Bakı şəhərində anadan olub, əslən Quba rayonundandır. Rəssam, kinorejissor, aktyor kimi fəaliyyəti olsa da, əsasən VFX Supervisor kimi çalışır.
Orta məktəbi bitirdikdən sonra Qərbi Rusiya Humanitar universitetinin Azərbaycandakı filialına daxil olur və hüquqşünaslıq diplomuna yiyələnir. 2003-cü ildə isə öz istəyi ilə əyani təhsildən qiyabi təhsilə keçid alaraq hərbi xidmətə yollanıb.
2005-ci ildə hərbi xidməti bitirdikdən sonra ssenarisi və montajı özünə məxsus “KOMA” adlı film çəkmişdir. Həmən filmdə baş rolun ifaçısı da özü olub. 2011-ci ildə Gilan Holding-in tərkibində “FANTASY PICTURES” MMC şirkətinin direktoru vəzifəsində çalışır.






Tarix: 12 iyul 2021
Baxış: 382

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş