Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Cümə axşamından cüməyə keçən gecələr ölülər ailələrinə BAŞ ÇƏKİR

Doğmalarımızın ölümündən sonra yeganə təsəllimiz onlardan xatirə qalan fotoşəkillər olur. Bu şəkillər az da olsa qəlbimizi ovudur, bir anlıq həmin anları geri qaytarır.
Ezoterika elmi ölülərin fotoşəkillərinə qarşı daha ehtiyatlı və həssas davranmağı tövsiyyə edir. Bu elmə görə qaydalara əməl olunmazsa, ölülərin enerjisi bizə mənfi təsir edə bilər. Çünki dünyadan köçənlərin fotoşəkilləri istənilən halda ölülərin dünyasına aiddir. İnsan dünyasını dəyişsə də, şəkilləri vasitəsilə bu dünya ilə əlaqəsi qalır.
Odur ki, bu şəkilləri saxlamağın xüsusi qaydaları var. Ya şəkillər məhv edilməli, ya da ölü ilə birgə çəkilmiş şəkillərdən sağ olan insanların şəkilləri kəsilib götürülməli və ölən insanın fotosu qara qutuda saxlanmalıdır. Sputnik Azərbaycan bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu mütəxəssislərdən öyrənib.
Psixoloq Ramil Nəcəfli bildirib ki, köhnə şəkillər, ölən insana aid əşyalar həqiqətən özündə mənfi enerji daşıyır: "Cadu edən insanlar niyə məhz ölü torpağından istifadə edir? Sualın cavabı çox sadədir. Çünki, bu torpaq özündə mənfi enerji daşıyır”.
"Ona görə də məntiqlə dünyasını dəyişən insanın bütün ona aid olan əşyalarını evdən çıxarmaq lazımdır. Əks halda o əşyalardan istifadə edəndə insan hətta xoşagəlməz bir hadisə ilə də qarşılaşa bilər. Buna təbii lənət də demək olar” — mütəxəssis bildirir.
Parapsixoloq Cabbar Qurbanov da Nəcəflinin fikirlərinə şərikdir: "Yeni dünyasını dəyişən insanın 40 gün müddətində fiziki aləmlə əlaqəsi olur. Xüsusilə, onun ailə üzvləri ilə kontakta girməsi mümkün olur. Bunu nəzərə alaraq dünyasını dəyişən insanın rəsmini divardan asmaq, əşyalarından istifadə etmək olmaz. Yeni rəhmətə gedən şəxslərin rəsmlərini isə ən azı 1 il ərzində divardan asmaq məsləhət görülmür. Aparılan tədqiqatlar da bunu sübut edir”.
"İnsan şəkilə baxdıqda energetik əlaqə yaranır. Hansı ki, energetik əlaqə insan rəhmətə gedəndən sonra silinib getməlidir. Rəsmlərə tez-tez baxdıqda bu əlaqə pozulmur, əksinə çoxalır və bu da mənfi halların baş verməsinə səbəb olur. Hətta yeni ölən insanın ruhu ətrafda dolaşır və 40 gündən sonra ruh aləminə çəkilir. Hətta qeyd edim ki, 40 mərasimi məhz dünyasını dəyişən insanın bu dünyanı həmişəlik tərk etməsi üçün keçirilir. Mərasimdə yaxınlarının onun haqqında danışmaları onu ruhən sakitləşdirir və o dünyaya rahat gedir. Bir sözlə, şəkillərin asılması, əşyaların saxlanması elmi cəhətdən düzgün deyil” – deyə parapsixoloq əlavə edib.
İlahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, parapisixologiya hələ də dünyanın hər yerində tam elm kimi qəbul edilmir: "Bəzən elmi dəlilləri də tutarlı olmur. Dini baxımdan isə deyə bilərəm ki, dünyasını dəyişən insanların şəkillərini evdə saxlamaq və ya divardan asmaq qadağan deyil. Sadəcə, şəkillə üzbəüz dayanıb namaz qılmaq bəzən insanın fikrinin yayınmasına səbəb olur deyə otaqda rəsmin, heykəlin olmaması daha yaxşıdır. Amma bu da dində qadağan deyil”.
"Hədislərdə var ki, insan öləndən sonra da bu dünya ilə həmişəlik təmasını kəsmir. Hətta cümə axşamından cüməyə keçən gecələr ölən insanlar ailələrinə baş çəkə bilir. Amma bu, o demək deyil ki, ölən insanın əşyalarını işlətməyək. Həyatda yaşayan insanların da enerjisi var. Ondan da istifadə zamanı müsbət və mənfi enerji ala bilərik. Deməli, bu, ölən insanın əşyalarından istifadəni qadağan etmək üçün səbəb deyil” – deyə ilahiyyatçı əlavə edib.
Tarix: 09 iyul 2021
Baxış: 288

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş