Redaktor seçimi
    "Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır" - Sanosyan
Xəbər lenti
Reklam
Nazirlikdən qüsurlu Tarix dərsliyi barədə AÇIQLAMA

Təhsil Nazirliyi AMEA Tarix İnstitutunun 2021/2022-ci tədris ilində VI sinif tarix dərsliyində 56 qüsur və səhv tapması məsələsinə münasibət bildirib.
Nazirlikdən Gender.az-a bildirib ki, sözügedən dərslik hazırda istifadədə deyil, yeni hazırlanır.
Bildirilib ki, dərslik layihəsi ekspertlərin və ictimaiyyətin müzakirəsinə çıxarılıb və trims.edu.az portalında yerləşdirilib: "Rəy bildirilməsi üçün layihə o cümlədən aidiyyəti üzrə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutuna da göndərilib. Tarix İnstitutunun mütəxəssislərinin hazırladığı rəy 24 may tarixində Təhsil Nazirliyə daxil olub və nəzərə alınması üçün dərslik üzərində işləyən nəşriyyata göndərilib. Bir daha vurğulayırıq ki, sözügedən dərslik layihəsi hələ ki hazırlıq prosesindədir".
Qeyd edək ki, AMEA Tarix İnstitutu VI sinfin Ümumi tarix dərsliyi üzrə bəzi nöqsanlar, qüsur və elmi səhvlər aşkarladığı barədə məlumat yayıb.

Tarix: 24 may 2021
Baxış: 319

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş