Əsəblərinizi sakitləşdirmək, enerjinizi yüksəltmək istəyirsiniz?Təqdim etdiyimiz üsulları mütləq tətbiq edin. Bu sadəcə 5 dəqiqə vaxtınızı alacaq.
İdarəli nəfəs texnikasıQarın boşluğunuza doğru dərin nəfəs alın. Bir neçə saniyə nəfəsinizi tutun. Yavaş-yavaş 5-ə qədər sayaraq nəfəsinizi verin. Nəfəsinizə nəzarət etsəniz, stress azalır, immunitet güclənir, həmçinin, diqqət pozuntusunun qarşısını almış olursunuz. Pranayama - nəfəs və enerji texnikaları 100 illərdir Uzaq Şərqdə tətbiq edilir.
Ahəngli nəfəs üsuluƏgər sadəcə bir nəfəs məşqi öyrənmək vaxtınız varsa, bunu sınaqdan keçirin. 1 dəqiqə içində 5 dəfə nəfəs alın. Bu üsul olduqca sakitləşdirici xüsusiyyətə malikdir.
- Dik oturun ve ya uzanın. Əllerinizi qarnınızın üstünə qoyun. Ayağınızı bir-birinin üzərinə keçirin. Ağzınızı yumulu tutub, nəfəsi burnunuzdan alıb verin. Yavaş-yavaş 5 kimi sayaraq qarnınıza doğru nəfəs alın. Əlinizin altında qarnınızın şişdiyini hiss edəcəksiniz.
HA nəfəs metoduEnerjinizin azaldığını hiss etdikdə bu metoddan istifadə edə bilərsiniz.
Ayağa qalxın. Dirsəklərinizi bükün. Qollarınızın dirsəklərdən yuxarı hissəsi bədəninizə yapışıq dayanmalıdır. Dirsəklərdən altını isə 90 dərəcə bucaqla əlləriniz dümdüz tavana qədər qaldırın. Nəfəs alarkən dirsəklərinizi geriyə doğru çəkin, sinənizin xəfif qabağa çıxdığını hiss edin. Nəfəsinizi sürətli formada Ha səsi çıxararaq verin, eyni anda əllərinizi aşağı doğru çevirin və dirsəklərinizi başlanğıc pozasına geri qaytarın. Dirsəkləriniz ən çox irəli və önə getməsin, bədənizlə eyni səviyyədə dayansın. 10-15 dəfə təkrarlayın.\\Medicina.az