Redaktor seçimi
    Rusiya Hadruta ordu yeritmək istəyir – Lavrovun səfəri və Moskvanın SENSASİON 2 HƏDƏFİ
Xəbər lenti
Reklam
"Rəmişin hər şeyi mənimdir"- Xalq artistinin mirası açıqlandı

                                                      
Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) mirası açıqlanıb.

Gender.az lent.az-a istinadən xəbər verir ki, gitara ifaçısının həyat yoldaşı Gülü (Gülşən Hüseynova) bütün mülkün ona qaldığını bildirib:

"Rəmişin ilk həyat yoldaşından iki qız övladı var. Onunla 1974-cü ildə boşandı. Bu da onların ailə söhbətidir, heç kim qarışa bilməz. O evlilikdən 4 il sonra 1978-ci ildə mənimlə rəsmi ailə qurdu. Bizim nikah şəhadətnaməmiz və dini kəbinimiz də var. Mən Rəmişin halal ikinci həyat yoldaşıyam. Rəmişin hər şeyi mənim adımadır. O, neçə il öncə hər şeyi mənə hədiyyə etdi. Maşını, evi və hər şeyi mənim adıma keçirdi. Onun mirasından heç kim pay istəyə bilməz.
Ona evi də mənimlə evli olan müddətdə - 2009-cu ildə möhtərəm Prezidentimiz hədiyyə edib. Rəmiş də evi mənə hədiyyə etdi. Hədiyyə də heç bir zaman bölünə bilməz, bölünmür də. Bizdə hər şey qanun çərçivəsindədir. Qanundan kənar iş görmürük. Hər şey hüquq müstəvisində həll olunub. Qanuni yolla mənimdir".

Tarix: 15 aprel 2021
Baxış: 257

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]