Alimlər insanları daha tez qocaldan pis vərdişlər barədə araşdırma aparıblar.
Araşdırma nəticəsində müəyyən olunub ki, bəzi vərdişlər insanların vaxtından əvvəl qocalmasına təsir edir.
Həmin vərdişlər bunlardır:
- Siqaret çəkmək (dəri və ürək-damar sisteminin sürətlə qocalmasına səbəb olur)
- Az hərəkətlilik (qan dövranı və mübadilə proseslərinin ləngiməsi nəticəsində orqanizm daha tez zəifləyir və qocalır)
- Düzgün qidalanmamaq (qidalanmada xüsusilə şəkər və sadə karbohidratların çox olması dərinin tez qocalmasına, damarların zəif və kövrək olmasına səbəb olur)
- Spirtli içkidən tez-tez istifadə etmək (spirtli içkilərin tez-tez qəbulu bədəndə xroniki intoksikasiyaya - zəhərlənmə səbəb olur ki, bunun nəticəsində orqanizm daha tez qocalır)
- Az yatmaq (orqanizm yuxu zamanı bərpa olunur. İnsan az yatanda, gecə saatlarında işləyəndə, yuxusuzluqdan əziyyət çəkəndə bərpa prosesləri pozulur və insan daha tez qocalır) (saglamolun.az)