Kişilər daim qadınları cəlb etməyin yollarını axtarır.
Bunun üçün onlar əzələ yığır, ədəb-ərkanla davranır və yaxşı pul qazanır.
Alimlər isə qeyd edir ki, kişinin yaraşıqlılığı bizim təsir edə bilməyəcəyimiz bioloji prosesəslərdən asıldır.
Məsələn, feromonlar barədə versiyaya insansaq, sən nə etsən də, onlar hansısa qızın ya xoşuna gəlir, ya da gəlmir. Digər fərziyyəyə görə qızlar, qardaşına bənzəyən kişiləri xoşlayır. İndi isə mütəxəssislər ətraflar barədə danışır.
Aparılan tədqiqatların nəticələri Kral elm cəmiyyətinin onlayn-dərgisində dərc edilib.
Onlar ilk növbədə 9 min ABŞ hərbçisini ölçüblər. İlk növbədə onların bədənləri ilə müqayisədə ətraflarının uzunluğu ölçülüb. Bundan sonra onların ölçüləri kompüter vasitəsi ilə dəyişdirilib: kiminsə əllərini uzadıblar, başqasının torsunu qısaldıblar və s. Bundan sonra isə dəyişdirilmiş şəkilləri qadınlara göstəriblər.
Məlum olub ki, qadınların əksəriyyətinin xoşuna ... uzunayaqlı oğlanlar gəlir!
Araşdırmaçılar bunu genetik yaddaşla bağlayır, çünki ikinci tip şəkər, ürək xəstəlikləri, yüksək arterial təzyiq və s. qısayaqı kişilərə xasdır. Nəsil artırmaq üçün daha sağlam erkəyi seçmək istəyini isə heç kim qadağn etməyib. \\Gent.az