Ərzaqları yumaq və yumamaq haqqında çoxlu miflər və insinuasiyalar var. Sizə bu barədə bir neçə məsləhət veririk.
Yumayın
Ət
Tavada qızardan əvvəl steyki, bifşsteksi və ya toyuq budlarını yaxşıca yuyursunuz? Nahaq yerə. Aparlan araşdırlmalar göstərir ki, yuyulanda ətin üzərində olan patogen bakteriyalar bütün mətbəxə yayılır və təhlükə yaradır.
Onları məhv etməyin yeganə yolu - onları qızaartmaq, qaynatmaq, buğalamaqdır. Bir sözlə, onları ən azı 74 dərəcə istilikdə hazırlamaqdır.
Yumurta
Yumurtanın bərk qabığı mikrobları onun içinə girməkdən qoruyur. Qabığın üzərindəki kutikula adlanan sukeçirməz maddə burada əsas rol oynayır. Bilin ki, yumurtaları silərkən bu maddəyə zərər vura bilərsiniz.
Yumurtanın qabığı isə süngər kimi məsaməlidir və bu dəliklərdən yumurtanın daxilinə hər bir mikrob keşə bilər.
Göbələk
Su göbələyin dadını və ətirini aparır. Bundan əlavə göbələklər əla nəm çəkir. Nəm çəkmiş göbələklər isə tez xarab olur. Ona görə də göbələyi bıçaqla təmizləmək məsləhət görülür. Təmizləmək üçün isə sadə əski parçası ilə silin.
Yuyun
Balığı, meyvələri, tərəvəzləri, göyərtiləri, düyünü yumaq zəruridir.
Tərəvəzləri qızartmaqdan öncə yumaq lazımdır ki, onlarda olan köp gətirən komponentlərdən, və kanserogen akrilamiddən təmizlənsin. \\Gent.az